BRCA DNT analizi ilə süd vəzisi və yumurtalıq xərçəngi riski öncədən təyin oluna bilərmi?

Tez-tez rast gəlinən süd vəzi xərçəngi qadınlarda xərçəng ölümlərinin ən əhəmiyyətli səbəblərindəndir. Ailevi süd vəzi xərçəngi təyin   olunmuş halların 50%-ində xəstəlik BRCA gen mutasiyalarından qaynaqlanır. 30 yaşdan aşağı süd vəzi xərçəngi təyin olunmuş qadınların təxminən 33%-i bu mutasiyalardan birinin daşıyıcısıdır. Yumurtalıq xərçəngləri

 isə qadınlarda xərçəng ölümlərinin 5-ci sırasında dayanır. Bunların 5-10%-ində ailə əhvalatı mövcuddur və çox hallarda BRCA1 və BRCA2 mutasiyalarından qaynaqlanır.

 Ailədən bir mutasiyanı almış qadınlarda süd vəzi və yumurtalıq xərçəngi yaranma riski ümumi populyasiyaya görə əhəmiyyətli dərəcədə artır. BRCA1 mutasiyası olan halda

 bu risk süd vəzi xərçəngi və yumurtalıq xərçəngi üçün müvafiq olaraq 85% və 45%-dir. BRCA2 mutasiyalarında da BRCA1 mutasiyalarına oxşar olaraq süd vəzi xərçəngi

 riski artmış olur və yumurtalıq xərçəngi üçün bu risk 27%-dir.

   Mutasiya daşıyıcısı olan şəxslərdə xərçəng yaranma riskləri

XƏRÇƏNG

BRCA1 (%)

BRCA2 (%)

Süd vəzi xərçəngi (qadın)

85

85

Yumurtalıq xərçəngi

45

27

Süd vəzi xərçəngi (kişi)

-

5-8

Prostat xərçəngi

15

20

Digər xərçənglər

artmış

2

 

Süd vəzi və yumurtalıq xərçəngi riskinin öncədən təyin oluna bilməsi üçün genetik testlərin tətbiq olunması lazımdır. Risk altında olan insanların təyin olunmasından sonra

 hal-hazırda bu şəxslərə BRCA DNT analizləri məsləhət görülür. Burada əhəmiyyətli olan hər istəyən şəxsə bu testlərin olunmasının məntiqli olmamasıdır.

 Əvvəlcə ailəvi xərçəng xəstəliyi anamnezi olan şəxslər ilə görüşülməli və ətraflı məlumat alınmalıdır. Bu məlumatlarla yanaşı aşağıdakı xüsusiyyət və ya xüsusiyyətlərə

malik şəxslərə bu testlər məsləhət görülə bilər:

   BRCA DNT analizi məsləhət görülən hallar:

·         Süd vəzi xərçəngi yaranmış 50 yaşından aşağı şəxslərdə

·         2 və ya daha çox qohumunda süd vəzi xərçəngi təyin olunmuş şəxslərdə

·         Kişi qohumunda süd vəzi xərçəngi təyin olunmuş şəxslərdə

·         Eyni süd vəzisində 2 dəfə xərçəng yaranması

·         Hər iki süd vəzisində xərçəng təyin olunması

·         Hər hansı bir yaşda təyin olunmuş yumurtalıq xərçəngi

   BRCA DNT analizi

Hal-hazırda risk altında olduğu təyin olunan və bu səbəblə BRCA DNT analizi məsləhət görülən şəxslərdə araşdırılan genetik bölgələrin böyük olması səbəbiylə texniki çətinliklər var.

Analiz olunan genetik bölgələrdən BRCA1 gen bölgəsi 17-ci xromosomun uzun qolunda lokalizə olub 23 hissədən (ekzon) ibarətdir. Xəstələrdə BRCA1 gen bölgəsində bu günə

qədər aparılan işlərdə 1200-ə yaxın mutasiya təyin olunmuşdur. BRCA2 gen bölgəsi isə 13-cü xromosomun uzun qolunda lokalizə olub 27 ekzondan ibarətdir. Bu günə qədər

BRCA2 gen bölgəsində 900-dan çox mutasiya aşkarlanmışdır. BRCA gen bölgələrinin araşdırıldığı xəstələrdə test cavablarının çıxması genetik bölgələrin böyüklüyü və

buna bağlı olaraq mutasiya sayının çoxluğu səbəbiylə uzun vaxt aparıb, 3-4 ay çəkir. Bəzi hallarda nəticələrin dəqiqləşməsi üçün həmin şəxsin özündən təkrar qan nümunəsi

və ya ailə üzvlərindən qan nümunələri istənilə bilər. Genetik bölgənin araşdırılması üçün istifadə olunan texnikaların önündə DNT sekans analizi durur. DNT sekans analizi üsulu ilə

BRCA1 və BRCA2 gen bölgələrini əmələ gətirən ümumi 50 ekzon tək-tək araşdırılır və mutasiya təyin olunmağa çalışılır. Bu üsul ilə xəstələrdə müşahidə olunan mutasiyaların

97-98%-i      təyin oluna bilər.

   Analiz üsulları

·         DNT sekans analizi

DNT sekans analizi ilə təyin olunması mümkün olmayan və genetik bölgədəki böyük hissə qopmaları və əlavələri daxil olan dəyişiklikləri müəyyən etmək üçün isə

 MLPA analizi tətbiq olunur. DNT sekans analizi ilə aparılan ilk araşdırmada mutasiya tapılmayan xəstələrdə ikinci mərhələdə MLPA analizi tətbiq oluna bilər. DNT sekans analizi

və MLPA analizinin sıra ilə tətbiq olunduğu və mutasiyanın müşahidə olunmadığı hallarda BRCA gen bölgələrindən qaynaqlanan risk artımları inkar edilə bilər. İnsanlarda

 riski müəyyən edə bilmək üçün ilk mərhələdə MLPA analizi tətbiq etmək xəstə üçün xərcin artmasına səbəb olacaqdır. Bundan başqa, ancaq MLPA analizi edərək risk

haqqında bir rəy bildirmək qəti mümkün deyil. Mərkəzimizdə bu riskləri inkar edə bilmək üçün süd vəzi və yumurtalıq xərçəngi olan xəstələrdə DNT sekans analizi üsulu istifadə

edilərək BRCA1 və BRCA2 gen bölgələrinin araşdırılması mümkündür. Aparılan analizlərdə genetik bölgələrdəki mutasiyaların (dəyişikliklərin) təxminən 97%-i təyin oluna bilir.